Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

Dünya liderləri Havel haqqında


Vaclav Havel
Vaclav Havel
-

...Sovet hakimiyyəti illərində Vaclav Havelin əsərlərinin oynanması qadağan edilmişdi. Rejimə qarşı çıxışlarına görə beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həyatının bir qismini həbsxanada keçirməsi, həddən çox siqaret çəkməsinə görə son illə səhhətində ciddi problemlər meydana gəlmişdi. Amma yenə də dünyada demokratiya və insan haqlarının müdafiəsi üçün fəaliyyətini davam etdirirdi.

Çex Respublikasının indiki prezidenti Vaclav Klaus:
- Vaclav Havel müasir Çex dövlətinin simvoludur. Kommunist totalitarizminə qarşı mətin mübarizəsi, “Məxməri inqilaba” liderliyi və azad ölkəyə prezidentliyi ilə o, bu dövlətin qurulmasında müstəsna rol oynayıb.

ABŞ prezidenti Barack Obama: "Havelin dinc müqaviməti imperiyanın əsaslarını titrətdi. Sübut etdi ki, mənəvi liderlik hər hansı silahlardan daha güclüdür."

Almaniya kansleri Angela Merkel Çex Respublikasının prezidentinə göndərdiyi baş ​sağlığında ölkəsinin “Böyük Avropalının” itkisindən kədərə büründüyünü bildirib.

Almaniyanın Xarici İşlər naziri Guido Westerwelle:
O, böyük dövlət xadimi və çox fəal insan haqları idi. Biz Vaclav Havelin itkisinin yerini çəkəcəyik. Xüsusilə biz almanlar ölkəmizin, Avropanın yenidən birləşməsinə görə ona borcluyuq. Minnətdarlıq hissi ilə ona baş əyirik.

Qonşu Avstriya prezidenti Heinz Fischer Haveli böyük avropalı, yazıçı və humanist ​adlandırıb.

Avropa Parlamentinin prezidenti Jerzy Buzek: “Vaclav Havel qəhrəman idi, ​qəhərman kimi də qalacaq.”

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso: “Havel dünyada demokratiya və azadlıqlar uğrunda mübarizə aparanlarınçox böyük ilham qaynağıdır. O, indivəfat etdi, amma əsərləri, ideyaları, şəxsi nümaunəsi gələcək nəsillərə örnək olaraq yaşayacaq.”

İsveçin Xarici İşlər naziri Carl Bildt: “Havel bu əsrin ən böyük avropalısı idi. Müasir ​Avropanın ən vacib, ən güclü və cəsur səsi vəfat edib”.
XS
SM
MD
LG