Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:23

Avropa Məhkəməsi Rusiyanı 1 milyon 640 min dollar cərimələdi


Dubrov teatrında həlak olanların xatirə lövhəsi
Dubrov teatrında həlak olanların xatirə lövhəsi

Avropa İnsan Haqları Məhkəməsi qərar verib ki, 2002-ci ildə Moskvada teatr binasını çeçen yaraqlıları tutanda Rusiya hakimiyyətinin girovları zor gücünə azad etmək, bunun üçün qazdan və silahlardan istifadə etmək haqqı var idi.

Ancaq məhkəmə qərarında deyilir ki, bu zaman girov insanların teatrdan tezliklə çıxarılmasının və müalicəsinin qeydinə çox az qalınıb.

Avropa İnsan Haqları Məhkəməsi qərar verib ki, Rusiya hökuməti sağ qalan o vaxtki girovlardan və
onların qohumlarından ibarət 64 şikayətçiyə bütövlükdə 1 milyon 640 min ABŞ dolları məbləğində pul ödəməlidir.

2002-ci ildə Moskvada Dubrovka teatrında Nord-Ost musiqili tamaşası zamanı
40 çeçen yaraqlısı 900 adamı girov götürmüşdü. Onlar Rusiya qoşunlarının Çeçenistandan çıxmasıənı tələb edirdi.

Rusiya hökuməti girovları zorla azad edəndə 130 mülki şəxs öldü.
XS
SM
MD
LG