Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:27

Gənclər "Mustafa"nı müzakirə edəcək


Qan Turalının “Mustafa” romanının ictimai müzakirəsi keçiriləcək.

Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının təşkil etdiyi müzakirə dekabrın 23-də saat 15.00-da baş tutacaq.

“Mustafa” romanı “Qanun” nəşriyyatında “Ən Yeni Ədəbiyyat” seriyasından nəşr edilib.

Roman 2000-ci illər gəncliyinin qarşılaşdığı fərdi və siyasi təbəddülatlardan bəhs edir. Melanxolik ovqatda yazılmış romanın baş qəhrəmanının sevgi və siyasətdən aldığı zərbələr onu həbsxanaya gətirir. Romanın məzmununu “Mübarizə mütləq, məğlubiyyət labüddür” cümləsi ilə ifadə etmək olar.

Müzakirədə iştirak etmək istəyənlər üçün ünvanı təqdim edirik:

Vətəndaş Həmrəyliyi Partiyasının Akt Zalı
Bakı şəhəri, Xəqani Rüstəmov küçəsi 1210-cu məhəllə

kulis.az
XS
SM
MD
LG