Çex Respublikasının keçmiş prezidenti və dissident Vaclav Havelin dekabrın 23-də keçiriləcək dəfn mərasiminə dünya liderləri qatılırlar. Çex telekanalları mərasimi canlı yayırlar. (Mərasimi burada canlı izləmək olar.)
Praqadan yayılan rəsmi məlumata görə mərasimdə 40-dan çox dövlət başçısı və başqa yüksək vəzifəli dövlət rəsmisi iştirak edəcək. Onların arasında Britaniyanın Baş naziri, Finlandiyanın, Fransanın, Almaniyanın və Şərqi Avropa ölkələrinin əksəriyyətinin prezidentləri iştirak edirlər.
ABŞ Dövlət Katibi Hillary Clinton, keçmiş prezident Bill Clinton, keçmiş Dövlət Katibi Madeleine Albright da mərasimə qatılacaq.
Azərbaycanı mərasimdə Praqadakı səfir Tahir Tağızadə təmsil edəcək. Bakıdan xüsusi nümayəndə göndərilməyəcək.
Gürcüstandan prezident Saakashvili, Avrointeqrasiya naziri Giorgi Baramidze, Ermənistandan parlamentin sədr müavini Eduard Sharmazanov və Rusiyadan insan haqları komissiyasının rəhbəri Vladimir Lukin mərasimdə olacaq.
Dəfn Müqəddəs Vitus kilsəsində olacaq. Bununla da Çex Respublikasında elan olunmuş üç günlük matəm başa çatacaq.
Vaslav Havel dekabrın 18-də 75 yaşında vəfat edib. O, 1993-2003-cü illərdə Çexiyanın prezidenti olub. Vaslav Havel kommunist erasının tanınmış dissidenti, sosialist Çexoslavakiyasında sovet işğalına qarşı mübarizənin lideri olub.