Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:46

ABŞ-da 2011-ci ilin ən yaxşı romanları elan edildi


Haruki Murakami
Haruki Murakami
Tanınmış yapon yazıçısı Haruki Murakaminin “1Q84” romanı Amerikanın “Washington post” qəzetinin seçiminə görə 2011-ci ilin ən yaxşı kitabıdır.

Ilk olaraq 2009-10-cu illərdə yaponca çap edilmiş roman ingiliscəyə bu il çevrilib.

“1Q84” – dəyələrin yayğınlaşdığı dünyada insanın özünə psixoloji dayaq tapmaq yönündə axtarışları haqdadır.

Romanın 1 və 2-ci hissələrinin ilk nəşri Yaponiyada bir günə satılmışdı, ümumilikdə isə satılan nüsxələrin sayı 3 milyonu keçmişdi. Üçüncü hissə də uğurla satılmışdı.

Romanın əsas süjet xətlərindən biri paralel reallığa düşən Aomame adlı qadından bəhs edir.

Roman onun taksidə tıxaca düşməsi ilə başlanır. O, vacib görüşünün olmasını deyərək taksidən düşür və özünü hotelə çatdırır. Burada özünü otel işçisi kimi təqdim edərək qətl törədir, amma elə silahdan istifadə edir ki, öldürdüyü şəxsin bədənində iz qalmır...

Süjetin başqa bir xətti isə Tenqo adlı yazıçının yaşadıqları ilə bağlıdır.

“1Q84” - məşhur ingilis yazıçısı Corc Oruelin totalitarizmi ifşa edən “1984” romanına işarədir.

İngilis dilindəki “q” və yapon dilindəki “9” rəqəmi homofondur – eyni cür səslənir “kyu”.

Amerikanın digər böyük qəzeti “New York Times”ın versiyasına görəsə, başa çatmaqda olan ilin ən yaxşı romanı Amerika yazıçısı Chad Harbach-ın “The art of fielding” romanıdır.

Romanın qəhrəmanları kiçik Amerikan kollecinin baseball komandasının oyunçularıdır.

Baseball Amerikada ən populyar idman növlərindəndir.

Harbach roman üzərində 9 il işləyib. Onun özü vaxtilə ali məktəbdə baseball oynayıb.

Ötən il o, roman haqda Bloomberg News-a bunları demişdi:

“Baseball komanda oyunu olsa da, oyunçular sanki bir ailənin üzvləri kimi bir-birinə isinişsə də, onlar meydançada çox yalqızdırlar. Komanda yoldaşların səndən asılıdır, onlar da sənə dəstək olur, amma həlledici anda onlar səni xilas edə bilmirlər”.

oxuzali.az
XS
SM
MD
LG