Hadisə Müdafiə Nazirliyinin Tağıyev qəsəbəsində yerləşən hərbi aerodromda qeydə alınıb. Hərbi Hava Qüvvələrinə məxsus «Su-25» təyyarəsini təlim uçuşuna hazırlayan Yuri Kulaçkov təyyarənin hava soran borusuna düşərək ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya bildirib ki, hadisə dekabrın 26-da baş verib.
Tağıyev qəsəbəsindəki N saylı hərbi hissəyə ezam olunmuş Gürcüstan vətəndaşı Yuri Kulaçkov ehtiyatsızlıqdan təyyarənin mühərrikinə düşərək ölüb.