Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:03

Yəhudi dindarlar polisi döyüb


Qarşıdurmaya səbəb ortodoksal yəhudilərin qadınlarla eyni yoldan keçmək istəməməsi olub

Yərusəlim yaxınlığında polislə dindar yəhudilər arasında toqquşma baş verib. İsrailin Beyt-Şemeş şəhərində baş verən hadisə nəticəsində bir polis xəsarət alıb, bir neçə dindar saxlanılıb.

Bu şəhərdə nə vaxtdır ki, ortodoksal yəhudilərlə yerli əhali arasında münaqişələr yaranır. Şəhər əhlinin 10 faizini təşkil edən ortodoksal yəhudilər cinsinə görə insanlar arasında müəyyən fərq qoyulmasının tərəfdarı kimi çıxış edirlər.

İcma üzvləri bununla əlaqədar hətta şəhərin bəzi yerlərinə işarələr yerləşdiriblər ki, qadınlar və kişilər ayrı-ayrı yollardan keçsinlər. Polis də həmin nişanları sökərkən icma üzvləri ilə onlar arasında toqquşma yaşanıb. Dindarlar polisin üstünə yumurta atıblar, zibil qablarını yandırıblar.

Bir neçə gün öncə isə Beyt-Şemeşin dini icma üzvləri İsrail televiziya kanalının əməkdaşlarının üstünə hücum ediblər. Jurnalistlər dindar yəhudilər tərəfindən təhqir olunan, buna görə də məktəbə piyada getməyə qorxan 8 yaşlı qız haqqında reportaj hazırlamaq istəyirdilər.
XS
SM
MD
LG