Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:51

Putin müvəqqəti prezident olmaq istəmir


Rusiya Baş naziri Vladimir Putin martdakı prezident seçkilərindən ncə müvəqqəti president vəzifələrini icra etməkdən imtina edir. Putin jurnalistlərə deyib ki, bu ideyanı heç müzakirə də eləmirlər.

Putin həmçinin deyib ki, prinsipcə parlament seçkiləri sonrasında minlərlə adamı küçələrə çıxarıb, etiraz təşkil edən müxalifətlə danışıqlar ideyasına açıqdır. Ancaq onun istefası və parlament seçkilərinin təkrarlanmasını tələb edən liderlərlə danışığa getməyəcək.

Dekabrın 4-dəki parlament seçkilərində hakim Vahid Rusiya partiyası öncəki illərlə müqayisədə yerlərin 25 faizini itirib, amma müxalifət iddia edir ki, total saxtakarlıq olmasaydı, itkilər daha böyük olardı. Bu seçkilərdən sonra son 20 ildə ilk dəfə olaraq müxalifət 10 minlərlə adamı ölkəboyu etiraz nümayişlərinə toplaya bilmişdi.
XS
SM
MD
LG