Xristianların inancına görə, İsa Peyğəmbərin doğulduğu yer kimi qəbul edilən Doğuş Kilsəsində (Fələstin) yunan pravoslavları və erməni keşişləri arasında dava düşüb.
"The Telegraph" yazır ki, dava Doğuş Kilsəsində Yeni il öncəsi aparılan təmizlik işləri zamanı ortaya çıxıb. Həmişə olduğu kimi bu dəfə də təmizlik işlərinə erməni və yunan din adamları eyni vaxtda qatılıblar. Onlar kilsəyə kimin sahiblik etməsi haqqında müzakirə açıblar. Və nəticədə 100-ə yaxın keşiş və rahib əllərindəki təmizlik taxtaları, süpürgələrlə bir-birlərinin üstünə hücum ediblər.
Yumruq və təpiklərin havada uçduğu bu davaya Fələstin polisi müdaxilə edib. Amma polis işçiləri də din adamlarını ayırmaqda çətinlik çəkib. Nəticədə çox saylı keşiş yaralanıb. Mühafizə işçiləri birtəhər dava edənləri ayırandan sonra kilsəni boşaldıblar.
Doğuş Kilsəsində rəhbərlik etmək davası illərdir davam edir. Kilsənin açarlarının kimdə qalması haqda apostol kilsəsinə məxsus ermənilər və pravoslav heç cür razılığa gələ bilmirlər.
Ruhanilər arasında əlbəyaxan davanın videosuna buradan baxmaq olar.