Bu xəbəri Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi yayıb.
Xəbərdə bildirilir ki, nazirliyinin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi həmin təşkilat tərəfindən müsbət dəyərləndirilib və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə İli” elan edilib.
Hazırda “M.F.Axundzadə İli”-nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır.
“M.F.Axundzadə İli”-nin rəsmi açılış mərasiminin bu ilin yanvarında Ankarada TÜRKSOY-un qərargahında keçiriləcəyi nəzərdə tutulub.