Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:41

Beynəlxalq Atom Enerji Agentliyi: “Iran uranı 20 faizədək zənginləşdirir”


ABŞ, Fransa və Britaniya İranı beynəlxalq qanunları pozaraq dağ altında yüksək səviyyədə uranı zənginləşdirməyə başlamaqda ittiham edir.

Beynəlxalq Atom Enerji Agentliyi yanvarın 9-da təsdiqləyib ki, İran Tehranın 150 km-də Fordoda yeraltı nüvə obyektində uranı 20 faizə qədər zənginləşdirir. Məlumatda deyilir, bu səviyyə kifayət edir ki, zənginləşdirilmiş uran döyüş sursatına çevrilsin.

Fransa Xarici İşlər Nazirliyi yaydığı bəyanatda xəbərdarlıq edir ki, müttəfiqləri ilə birgə İrana qarşı "intensiv ciddi ölçü" götürər bilərlər.

Uranı yalnız dinc məqsədlər üçün zənginləşdirdiyini deyən İran bu prosesə davam edəcəyini dəfələrlə bəyan edib.
XS
SM
MD
LG