Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:04

Çingiz Abdullayevin daha iki romanı Azərbaycan dilində!


Tanınmış detektiv yazarı Çingiz Abdullayevin daha iki romanı Azərbaycan dilində nəşr edildi.

Mahir Qarayevin ruscadan çevirdiyi “Tver bulvarı” və “Abırlı adam” kitablarını “Qanun” və “Əli və Nino” nəşriyyatları çap edib.


“Tver bulvarı”

Kseniya Morjikova – bu ad oxucuya müəllifin «İngilis bulvarı» romanından tanışdır. O, Moskvada, nüfuzlu vəkil kontorunda çalışan hüquqşünas qadındır, eyni zamanda bütün tanışları onu həvəskar detektiv kimi tanıyırlar.

Bir dəfə əmisi qızı ona zəng vurub, yaxın rəfiqəsinin fəlakətlə üzləşməsi, yeniyetmə oğlunun xəbərsiz-ətərsiz yoxa çıxması barədə xəbər verir və Kseniyadan onlara kömək göstərməsini xahiş edir.

Nə baş verib? Yoxa çıxmış yeniyetmənin valideynləri tanınmış sənətşünaslardır və bu, ilk baxışda adam oğurluğuna bənzəyir. Lakin nədənsə oğrular yeniyetmənin valideyn­lə­rinə zəng vurub, onlardan heç nə tələb etmirlər…

“Abırlı adam”

Ölümlə nəticələnmiş sirr və müəmmalar… Onlar məşhur analitik-ekspert Dronqonu daim daban-dabana izləyir.

Bir dəfə o, aeroportda təsadüfən Nikolay Suteyev adlı biznesmenlə tanış olur. Və cəmisi ikicə aydan sonra xəfiyyəyə müraciət edib, öz mənzilinin qapısı ağzında güllələnmiş bu şəxsin son dərəcə mürəkkəb qətlinin təhqiqatıyla məşğul olmağı ondan xahiş edirlər.

Dronqo izləri toplamağa, özgə taleləri, xarakterləri araşdırmağa, davranışın motivlərini öyrənməyə başlayır; o ən gizli, ən məhrəm sirlərin kökünə gedib çıxır…
XS
SM
MD
LG