Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:43

Məşhur yazarların toplaşdığı art-kafe 100 yaşını qeyd edir


Yanvarın 13-də Sankt-Peterburqda “Süləyən itlərin zirzəmisi” art-kafesinin 100 illiyinə həsr edilmiş teatrlaşdırılmış gecə keçirilir.

Art kafenin fəaliyyətindən bəhs edən teatrlaşdırılmış hekayətin söylənilməsi, daimi qonaqlarının çıxışları...

Düz 100 il öncə 1912-ci ildə bu şəhərdə--Daşkovların evi kimi tanınan binanın zirzəmisində Rusiyanın ilk ədəbi-sənət kabaresi—“Süləyən itlərin zirzəmisi” açılıb.

Zirzəmiyə tezliklə indi əfsanəyə çevrilmiş adlar toplaşıb: Anna Axmatova, Osip Mandelştam, Georgi İvanov, Velimir Xlebnikov, Vladimir Mayakovski, David Burlyuk, Nikolay Kulbin, Aleksandr Vertinski və b.

“Süləyən itlərin zirzəmisi” 3 il yarım fəaliyyət göstərib və qapanıb. Amma o xatirələrdə nəsildən-nəslə ötürülüb.

2000-ci ildekabrın 7-də zirzəminin yaradıcısı olan Boris Proninin 125 illiyi qeyd olunan gün art-kafeni təzədən dirçəldiblər. O gündən zirzəmi yenə tanınmış artistlərin, şairlərin, yazıçıların, rəssamların, musiqiçilərin görüş yerinə çevrilib.

Rusiya mediası yubiley tədbirlərinin sonrakı günlər də davam edəcəyini xəbər verir.
XS
SM
MD
LG