Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:30

Mirzə Fətəli macar dilində danışacaq


Azərbaycan dramaturgiyasının banisi, XIX əsr Azərbaycan ictimai-siyasi fikrinin ən görkəmli nümayəndələrindən biri Mirzə Fətəli Axundovun (1812-1878) anadan olmasının 200 illiyi ilə bağlı hazırlıqlar davam edir.

APA-nın verdiyi xəbərə görə, Azərbaycanın Macarıstandakı səfirliyi bu mühüm mədəni hadisəyə öz töhfəsini vermək qərarına gəlib.

Səfirlik Mirzə Fətəlinin bədii əsərlərinin macar dilində nəşri ilə bağlı layihə həyata keçirir. M. F. Axundovun altı komediyasını və “Aldanmış kəvakib” povestini orijinaldan macar dilinə tərcüməçi Mariya Keneşi çevirir.

O, Etvoş Lorand adina Universitetdə çalışır.

Xatırladaq ki, tərcüməçi Bakıda oxuyub. Ötən əsrin 70-ci illərində ADU-nun Filologiya fakültəsini bitirib.

“Macarca-azərbaycanca danışıq kitabçası”, «Azərbaycanca danışaq. Ölkə və onun dili» (professor Kamal Abdulla ilə birlikdə) kitablarının müəllifidir.

Cəlil Məmmədquluzadənin ötən il macar dilində çap olunan “Seçilmiş hekayələr”inin tərcüməçisi də Maria Keneşidir.

Xəbərdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin Mirzə Fətəlinin macar dilində çıxacaq kitabına “Yeni Azərbaycan ədəbiyyatının banisi” adlı müqəddimə də yazdığı bildilir.
XS
SM
MD
LG