Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

“Yer üzündə cənnət” ola bilərmi?


Şəriət hüququna aid bu kitab İslam aləmində səs-küy salıb

İxtisasca hüquqşünas olan Sadakat Kadrinin “Yer üzündə cənnət: Şəriət hüququna səyahət” adlı kitabı İslam aləmində səs-küy salıb. Kitab İslam dininin tarixi, inkişafı, şəriət qanunlarının indiki tətbiqinə dair araşdırmanın nəticəsini əks etdirir.

Kitabın birinci hissəsində müəllif şəriətin tarixindən yazır. İkinci hissədə isə Kadri bir sıra müsəlman ölkələrinə, o cümlədən İran, Hindistan, Misir və digər məkanlara, dünyanın ən böyük məscidlərinə səyahəti zamanı gördüklərini qələmə alıb.

“The Guardian” yazır ki, müəllif müsəlman hüquq sisteminə maraqlı yanaşma ortaya qoyub. Belə ki, Sadakat Kadri hədislərin müasir hüquq sisteminə uyğunlaşdırıb, onların hüquq elmi baxımından anlamını verib, müxtəlif hüquqşünasların rəylərini dərc edib.

Lakin kitabın bəzi məqamlarında şəriətin cəmiyyətə hansı problem yarada biləcəyindən də söz açılır. Məsələn, İslam hüququnun pozuntularından, Pakistanda baş verən biabırçılıqlardan bəhs edilir. Bu və digər faktlar, müəllifin islamofobiya ilə bağlı bəzi fikirləri müsəlman alimləri tərəfindən heç də birmənalı qarşılanmayıb.
XS
SM
MD
LG