Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:10

Tanınmış yazıçılar prezidentə müraciət etdilər


Tanınmış yazıçılar, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək kitaba tətbiq edilən əlavə dəyər vergisinin ləğv olunmasını xahiş ediblər.

Müraciətdə deyilir ki, Böyük Britaniya, İrlandiya, Norveç, Kipr, Moldova və Tacikistanda ƏDV - 0 faizdir.

Türkiyə, Fransa, İtaliya, Macarıstan, Litva və İspaniyada isə 4 faiz təşkil edir.

“Yaxın qonşumuz Gürcüstanın kitaba münasibəti unikaldır, bu mənada ki, kitabı bütün vergilərdən azad edib, kitab kağızı, mətbəə avadanlıqları, bir sözlə kitaba gərək olan heç bir avadanlıqlar və xammaldan vergi almır”.

Yazıçılar Azərbaycan prezidentinin sərəncamı ilə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasının çap edilməsini və kitabla bağlı həyata keçirilən digər layihələri yüksək qiymətləndirərək ondan xahiş edirlər ki, kitab üzərindəki ƏDV ləğv edilsin.

“Bu yaxınlarda Yazıçılar ittifaqında Milli Məclisin deputatlarının iştirakı ilə Kitabın üzərindən vergilərin götürülməsi ilə bağlı dəyirmi masa təşkil olunmuşdu.

Həmin dəyirmi masada iştirak edən hər kəs kitabın vergi yükündən azad olmasını arzu etdi.

Azərbaycan yazıçılarının, naşirlərin, kitabçıların arzularını nəzərə alaraq, səlahiyyətinizdən istifadə etməklə ƏDV-nin kitab üzərindən götürülməsinə Sərəncam verməyinizi xahiş edirik”.


Müraciətə imza atanlar:

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Fikrət Qoca

Azərbaycan Yazıçılar Birliyinin katibi, P.E.N. mərkəzinin prezidenti, xalq yazıçısı Çingiz Abdullaev

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid

Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu

Xalq şairləri
Vaqif Səmədoğlu
Nəriman Həsənzadə
Zöhrab Tahir
Sabir Rüstəmxanlı

Xalq yazıçıları
Isa Hüseynov
Gülhüseyn Hüseynoğlu
Mövlud Süleyman
XS
SM
MD
LG