Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Prezident Administrasiyası qarşısında etirazlar - [VİDEO]


Tikinti şirkətinə etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00
Direct-ə keçid

Gen MMC şirkəti tərəfindən aldadıldıqlarını deyən Bakı sakinləri yanvarın 24-də yenidən Prezident Administrasiyasının və Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısına toplaşıb, bu dəfə də əliboş qayıdıblar.

Yanvarın 24-də «GEN» MMC və «Kamran» MMC tərəfindən aldadıldığını bildirən 100-dən çox vətəndaş Prezident Administrasiyasının qarşısında aksiya keçirib.
Aksiya iştirakçıları AzadlıqRadiosuna bildiriblər ki, onlar pullarını ödədikləri evlərin verilməsini, ya da pullarının geri qaytarılmasını tələb eləyirlər.
Polis aksiya iştirakçılarının əllərində tutduqları şüarları alıb və sakinləri Prezident Administrasiyasından uzaqlaşdırıb.
Sakinlər aksiyalarını Bakı şəhər icra hakimiyyəti qarşısında davam etdiriblər.

Yanvarın 18-də də təxminən 50 nəfər Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd etmişdi. Bu zaman ərazidə olan polis dərhal aksiya iştirakçılarının əllərindəki şüarları alıb, ərazidən uzaqlaşdırmağa başlamışdı.

TİKİNTİ ŞİRKƏTLƏRİNİN RƏHBƏRLƏRİ HƏBS EDİLİB

Dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən «Kamran B.Ə.» MMC-nin təsisçisi Ələkbər Babayev, şirkətin icraçı direktoru Qerman Hüseynov və tikintidə nəzarətçi işləmiş Süleyman Əliyev həbs ediliblər.

2011-ci il oktyabrın 22-də Baş Prokurorluq bu barədə məlumat yayıb.

Şirkətin direktoru işləmiş Rüfət Nağıyevin isə yaşı və səhhəti nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bu şirkət bir mənzili bir neçə nəfərə satmaqda ittiham olunur.
XS
SM
MD
LG