Elə ki, axşam düşür, Şəkinin Orta Zəyzid kəndini yaxınlıqdakı meşədə uluyan canavar səsləri başına götürür. Həmin vaxt kəndin küçələrində kimsə gözə dəymir. Hərə mal-qarasını tövləyə salıb, girir evinə. Orta Zəyzid kəndi hər iki tərəfdən meşəlikdir. Kənd sakinləri deyirlər ki, havalar soyuyanda, meşədə yem tapa bilməyən çaqqal, canavar kəndə hücum edir.
Axırıncı belə hücum yanvarın 15-də axşam baş verib. Bu dəfə isə canavarların yemi kənd sakini İslam Rəsulovun 27 baş qoyunu olub. İslam Rəsulov deyir ki, yeganə gəliri olan qoyunlardan cəmi ikisi canavarların dişindən sağ çıxa bilib. Amma hər iki qoyun boyun nahiyyəsindən ağır zədə aldığından onları da qəssaba verməli olub:
«QOYUNLARI KREDİTLƏ ALMIŞDIM»
«Neçə ildir bu heyvanların ardınca gəzirdim, onları nəzarətsiz qoymazdım. İnanki toy-yas, özümüzün gündəlik xərclərimizi onunla ödəyirdik. Özü də mənim 15 qoyunum var idi, 12-ni də bu yaxınlarda bankdan 1000 manat kredit götürüb aldım. İstəyirdim evimi təmir elətdirəm. İnanın, hələ kreditin borcunu ödəyib qurtara bilmədim. Başqa yerdən də qazancım yox. Adamın bir toyuğu itəndə, bütün kəndi axtarır. İndi bu qədər qoyun məhv oldu. Vallah, gecələri adamın yuxusu qaçır».
İslam Rəsulov yanvarın 15-ni tez-tez xatırlayır. Deyir ki, həmin gün hava buludlu olduğundan qoyunları səhər yox, günorta bayıra buraxıbmış. Heç bir saat keçməmiş qoyunlar yoxa çıxıb. O ehtimal edir ki, canavarlar əvvəlcədən yaxınlıqda gizlənib, hücum üçün fürsət gözləyirlərmiş.
QUDUZLUQ...
Qoyunların leşini baytar müayinə etdikdən sonra dərmanlayaraq quyuda yandırıblar. Götürülmüş analiz nəticələrinə görə, heyvanlarda quduzluq xəstəliyi olmayıb.
Kənd camaatının deməsinə görə, qış aylarında, xüsusilə havalar soyuyanda, çaqqalar, canavarlar azğınlaşır. Ötən il canavarlar Baş Küngüt kəndində 3 nəfərə hücum edib. Hər üç nəfərdə quduzluq aşkarlanıb. Onlardan ikisi quduzluğa qarşı müalicə olunub sağalsa da, birinin həyatını xilas etmək mümkün olmayıb.
Orta Zəyzid kənd sakinləri deyirlər ki, havalar istiləşənə qədər axşamdan özləri evlərinə girib, mal-qaralarını da tövləyə salmaqla canavarlardan qorunmağa çalışırlar:
- «Canavarlar dağların yuxarı hissəsində yaşayırlar. Amma qar yağanda onlar yem tapa bilmirlər, dağın aşağı hissəsinə enirlər. Bizim kənd də dağın ətəyindədir. Bundan başqa, hər iki tərəfdən meşəlikdir deyə, canavar hücumu təhlükəsi daha böyükdür».
- «Mal-qarası olanlar qışda çox bayıra çıxarmırlar. Canavarlar da ən çox gecələr hücum edirlər».
«QARŞISIALINMAZ TƏHLÜKƏ»
Şəki rayon İcra Hakimiyyətinin Orta Zəyzid kəndi üzrə nümayəndəsi Xuraman Mustafayeva deyir ki, canavarların hücumu qarşısıalınmaz təhlükədir:
«Bu kənd elə bir ərazidə yerləşir ki, hər iki tərəfi meşədir. Üstəlik, kənd kənarında qədim bir istifadəsiz qəbirstanlıq da var. Vəhşi heyvanlar da bu ərazilərdə məskunlaşıblar, özlərinə yuva qurublar. 2011-ci ildə 180-nə yaxın çaqqal, canavar zərərsizləşdirilib. Tərəfimizdən bu sahibsiz, vəhşi heyvanlara qarşı mübarizə davam etdirilir. İndi kənd elə ərazidə yerləşir ki, bizdən asılı olmayan səbəblərdən bu cür təhlükələr yaranır. Özü də bu heyvanlar gündüzlər yox, gecələr gəzişirlər».
İslam Rəsulovu isə indi dörd nəfərlik ailəni necə dolandırmalı qayğısından çox, «banka olan krediti necə ödəməli» sualı düşündürür. Ancaq, necə deyərlər, 100 fikir 1 borcu ödəmir.