Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:43

Bakı «Eurovision 2012»yə ev sahibliyini rəsmən qəbul etdi


«Eurovision 2012»nin rəmzi açarının təhvil verilməsi
«Eurovision 2012»nin rəmzi açarının təhvil verilməsi
Yanvarın 25-də Bakıda «Eurovision 2012»nin rəmzi açarının təhvil verilməsi mərasimi keçirilib.

Mərasimində «Eurovision 2011»ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers «Eurovision» mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı «Eurovision 2012»yə ev sahibliyini rəsmən qəbul edib.

««Eurovision 2012» «Light your fire!» şüarı altında baş tutacaq. Şüarı təsvir edən loqoda Azərbaycan mədəniyyətində xüsusi yeri olan od, Azərbaycan musiqisini xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhsevərliyi təcəssüm etdirən Günəş, ay və ulduzlar təsvir olunub.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən «Eurovision» müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

«EUROVISION 2012»NIN PÜŞKÜ ATILDI

Mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan;

Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan və Bosniya və Herseqovina çıxış edəcək.

Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcək.
XS
SM
MD
LG