Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

YAP-çı deputatın Fransaya etirazı, Andreas Herkel'in komitə sədri seçilməsi…


Mətbuat icmalı
Mətbuat icmalı
«Azərbaycan» qəzetində YAP-dan olan deputat Astan Şahverdiyev yazır ki, Fransa Parlamentinin qərarı tarixi təhrif etməklə yanaşı, demokratiyaya, insan hüquqlarına və azad düşüncəyə ziddir. Fransa ilə münasibətlərə yenidən baxmaq lazımdır.

«Bizim yol» qəzetinin yazdığına görə, Bakıda qəzet köşkləri yığışdırılır. Baki şəhər Ticarət və Xidmət Departamenti paytaxtın bəzi yerlərindən köşkləri götürüb aparır. Zərərçəkənlər arasında «Qasid» mətbuat yayımı firması da var.

«Yeni Azərbaycan» qəzeti isə yazır ki, 2011-ci il Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifələrindən biridir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkənin bütün sahələr üzrə əldə etdiyi uğurların məntiqi nəticəsidir.

«Azadlıq» qəzeti hüquq müdafiəçisi Leyla Yunusun estoniyalı deputat Andreas Herkel'in AŞPA Monitorinq Komitəsinin sədri seçilməsinə münasibətini dərc edib. Leyla Yunus hesab edir ki, Herkelin bu posta seçilməsi Azərbaycan həqiqətlərinin dünyaya real şəkildə çatdırılması baxımından çox vacib hadisədir.

«Yeni Müsavat» qəzeti «Oskar» mükafatı laureatı, kinodramaturq Rüstəm İbrahimbəyovun Fransanın «ədəbiyyat və incəsənət» ordenindən imtina etməsinin Türkiyədə böyük rezonans doğurduğunu yazır.
XS
SM
MD
LG