Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 15:05

Ziyalılar Forumu 30-40 minlik mitinq keçirmək istəyir


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-

Ziyalılar Forumu Fransa Senatının qərarının əleyhinə 30-40 minlik etiraz aksiyası keçirməyi planlaşdırır. Bu haqda AzadlıqRadiosunun “İşdən Sonra” proqramında Ziyalılar Forumunun rəhbərliyində təmsil olunan, xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyov deyib. O bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini də bildirib:

“Azərbaycan da Fransa Senatının qərarına rəsmi münasibət bildirildi. Amma mənə elə gəlir ki, siyasi hakimiyyətin münasibəti daha güclü, daha emosional və daha ardıcıl olmalıdır.

Mitinqlər də keçirilməlidir. Ziyalı Forumu Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək ki, böyük mitinq keçirməyə, əhaliyə etirazını bildirmək üçün şərait yaradılsın. Türkiyədə görəndə ki, minlərlə azərbaycanlılar onlarla bir yerdədir, bu onlara böyük dəstək olacaq. Bu Fransaya da etirazdır. Belə xalq hərəkatlarına bütün dünya fikir verir”.

Rüstəm İbrahimbəyov Azərbaycanda Fransa əleyhinə edilən çağırışlara da münasibət bildirib:

“Türkiyəyə məhəbbətimizi, dostluğumuzu göstərməliyik. Amma bizim hərəkətlərimiz mədəni olmalıdır. Amma isterik bir kampaniya olmamalıdır. Kitab yandırmaq, musiqini qadağan etmək mədəni xalqa yaraşmaz. Türkiyə üçün əlimizdən nə gəlir etməliyik. Amma bundan əvvəl götür-qoy etməliyik”.
XS
SM
MD
LG