Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:30

İsveçrəli rejissorun Azərbaycan haqda filmi Rotterdam festivalında!


İsveçrəli rejissor Eylin Xoferin Azərbaycan haqqında çəkdiyi “He Was a Giant with Brown Eyes” (“O, qəhvəyi gözlü nəhəng idi”) filmi Rotterdam Kino Festivalında nümayiş olunacaq.

Bu xəbəri APA “Buta” İncəsənət Mərkəzinə dayanaraq yayıb.
Adıçəkilən mərkəz filmin Azərbaycandakı çəkilişinə dəstək verib.

Filmin yanvarın 31-dən başlayaraq fevralın 4-cən həmin festivalda nümayiş olunacağı xəbər verilir.



“He Was a Giant with Brown Eyes” Eylin Xoferin çəkdiyi ilk tammetrajlı sənədli filmdir.

Bu filmdə bir azərbaycanlı ailədə baş verən hadisələrdən söz açılır.

İki bacının həyatında valideynlərinin ayrılması və ananın bacılardan biri ilə İsveçrəyə köçüb getməsi ilə bağlı dəyişikliklər baş verir.

Xəbərdə vurğulanır ki, sadə və eyni zamanda təsirli və ibrətamiz olan bu hekayə Bakının və Azərbaycanın dağ rayonlarındakı kəndlərin gözəl və canlı mənzərələri fonunda göstərilib.

Film ilk dəfə məhz Rotterdamda keçiriləcək beynəlxalq kino festivalında nümayiş olunacaq.

1976-cı ildə Sürixdə anadan olan Eylin Xofer iri kino festivallarından birinin mətbuat attaşesi işləyir.

Rejissor karyerasına başlamazdan əvvəl bir neçə il İsveçrədə nəşr olunan jurnallardan birində jurnalist və baş redaktor kimi çalışıb.

2004-cü ildə dünyada yüzlərlə perspektivli kino istehsalçılarını birləşdirən Berlinale Talent Campus adlı yaradıcılıq akademiyasında iştirak edib.

Eylin Xofer bir neçə qısametrajlı filmin müəllifidir.

Bu filmlər onlarla nüfuzlu kino festivallarında iştirak edib (Lokarnoda, Klermon-Ferranedə, Palm-Sprinqsdə, Rotterdamda, Bruklində, Aspendə, Vila-de-Kondedə, Namurda və s. şəhərlərdə keçirilmiş kino festivallarında) və onlarca mükafata, o cümlədən, İsveçrə kinosunun baş mükafatına – Suissimage/Solothurn Film Festival New Generation Prize – layiq görülüb.
XS
SM
MD
LG