Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:05

Clinton Suriyaya qarşı hərbi müdaxilə olunacağı ilə bağlı iddiaları təkzib edib


BMT-nin Təhlükəsizlik Şurasının üzvləri hələ ki, Suriya ilə bağlı bir qərar verməyiblər.
Qərb ölkələri Ərəb Dövlətləri Liqasının planını dəstəkləyir. Plana görə, prezident Bashar al-Assad istefaya getməli və müxalifətin iştirakı ilə milli hökumət formalaşdırılmalıdır.
Qatarın baş naziri Sheikh Hamad bin Jassim al-Thani deyib ki, Suriyada "qətl maşını hələ də işləyir"

BMT-nin Təhlükəsizlik Şurasındakı müzakirələrdə Sheikh Hamad deyib ki, o, hərbi müdaxiləyə çağırmır, amma hesab edir ki, Suriyaya qarşı iqtisadi sanksiyalar güclənməlidir.

ABŞ dövlət katibi Hillary Clinton Suriyaya qarşı hərbi müdaxilə olunacağı ilə bağlı iddiaları təkzib edib:

- Biz növbəti günlər Təhlükəsizlik Şurasında bir qərara gəlib Prezident Assad və onun rejiminə mesaj göndərəcəyik. Fikrimcə, aydındır ki, Ərəb Liqası əhəmiyyətli rol oynayıb və biz onun mövqeyini dəstəkləyirik. Və biz istəyirik qeyd edək ki, burda hər hansı hərbi müdaxilə niyyəti yoxdur.

Hillary Clinton əlavə edib ki, Suriya vətəndaş müharibəsinin astanasındadır.
Rusiyanın BMT-dəki nümayəndəsi Vitaly Churkin deyib ki, onlar Suriya ilə dialoqun tərəfdarıdırlar.

Suriyanın BMT-dəki səfiri Bashar Ja'afari isə bildirib ki, onun hökuməti münaqişələr üçün məsuliyyət daşımır. Ja'afari ABŞ və Avropa ölkələrini regionda müstəmləkəçilik siyasəti yürütməkdə ittiham edib.

Qərb diplomatları ümid edirlər ki, bu həftə qərar verəcəklər.
XS
SM
MD
LG