Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:43

Xristian dərnəyi “Fetih - 1453” filmini niyə boykot edir


Faruk Aksoyun “Fetih - 1453” filmi fevralın 16-da dünya kinoteatrlarında göstərilməyə başlanacaq.

Bu xəbəri Habertürk yayıb.

Film həm də hər yerdə qəbul olunduğu kimi cümə günü deyil, cümə axşamı tamaşaçılarla görüşəcək.

İlk seans göstərildiyi hər salonda saat 14-53-də (İstanbulun fəth tarixi - 1453) başlayacaq.

“Fetih - 1453” filmi ilk tamaşa gününə sürprizlər də hazırlayıb. 14-53 seansına girənlərə xatirə olaraq filmin aktyorları tərəfindən imzalanmış 35-50 ölçülü afişa hədiyyə ediləcək.

Filmə eyni zamanda Türkiyə ilə birlikdə Almaniya, Hollandiya, Avstriya, Belçika, Fransa, İngiltərə, İsveçrə, Rusiya, Bolqarıstan, Xorvatiya, Albaniya, Misir, Malayziya və İndoneziyada da baxacaqlar.

Filmin çəkilişləri üç il sürüb. Filmin təkcə fraqmentinə internetdə 9 milyon adam baxıb.

Yayılan xəbərlərdə filmin Fatih Sultan Mehmetin İstanbul fəthini gerçək halı ilə əks etdirdiyi söylənilir.

Deyilənə görə, film çəkilişlərinə hazırlıqdan tutmuş ssenarisinə, istifadə etdiyi texnologiyadan tutmuş dekor və kostyumlara qədər hər şeylə türk kinosunda bir ilkə imza atıb.

Film indiyə qədər çəkilmiş ən böyük tarixi-qəhrəmanlıq filmi iddiasındadır. Onun çəkilişlərində 3 ölçülü animasiya elementlərindən də istifadə edilib.

Filmdə yer alacaq 5 dəqiqəlik səhnə üçün aktyorların 5 gün döyüşdükləri xəbər verilir.

Ötən ay filmin təkcə fraqmentlərinin göstərilməsi Yunanıstanda etirazla qarşılandığından yazmışdıq. Yunanıstanda bundan sonra internetdə filmə qarşı boykot kampaniyası başladılıb.

Daha bir xəbər isə “Via Dolorosa” adlı Alman Xristian Dərnəyindən gəlib.

Dərnək İstanbulun fəthini anladan filmə xristianların baxmamasını istəyib.

Dərnək türklərin başqa dinə inananlara, insan haqlarına sayğı duymadığını iddia edib və boykot bildirisində bunları yazıb: “Fatih Sultan Mehmet İstanbulu alıb Ayasofiyanı cameyə çevirdikdən sonra 3 gün əsgərlərinin cinayət işləmələrinə, oğurluq etmələrinə və qadınlara təcavüzünə izin verib. Şəhər qan gölünə dünüb. Əslində Türkiyə üçün İstanbulun fəthi qutlanacaq bir gün olmamalıdır. Onların daha çox insan haqlarına, xristianlara verilən zərərlərdən dolayı utanmaları gərəkdir. Xristianlara bu filmə baxmamalarını tövsiyə edirik”.

Xatırladaq ki, bu günə qədər ən böyük büdcəli (17 milyon dollar) türk filmi hesab edilən “Fetih - 1453” filminin təkcə savaş səhnələri ilə deyil, eşq hekayəsi ilə də uğur qazanacağı danışılır.

Türk mediası İstanbula qələbə bayrağı sancan Ulubatlı Hasanın topçu ustası Urbanın qızı Era ilə yaşadığı sevginin dillərə dastan olacağını yazır.

XS
SM
MD
LG