Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:47

Qətər dövləti rəsm əsərini 250 milyon dollara aldı


Paul Cézannenın 1895-ci ildə çəkdiyi “Kartoynayanlar” rəsmi dörddə bir milyard dollara satılıb.

Rəsmi Qətər əmirliyi alıb.

Bu əsər indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılıb.

Xəbəri Vanity Fair dərgisi yayıb.

Məqalənin müəllifi Aleksandr Pirs tablonun qiyməti və alıcının kimliyi haqqında xəbəri bir neçə qaynaqdan dəqiqləşdirdiyini deyib.

Məqalə müəllifi rəsmin keçmiş sahibinin yunan milyarder George Embiricos olduğunu bildirib.

Embirikos rəsm əsərini 2011-ci ilin qışında- ölümündən bir az öncə satmaq istəyib.

Onun əvvəlcə iki müştərisi olub.

Bunlardan biri art-diler William Acquavella, o birisi qalereyaçı Larry Gagosian imiş.

Onlar əsərə 220 milyon dollar verirmiş.

Ancaq Qətər əmirliyinin ailəsi sonda daha çox təklif edib.

Paul Cézanne “Kartoynayanlar” seriyasından 1890-1895-ci illər arasında 5 rəsm çəkib. Onlardan dördü dünya muzeylərində sərgilənir. Təkcə biri—haqqında danışdığımız əsər şəxsi kolleksiyadaymış.

İndi ekspertlər “Kartoynayanlar”ın ən tutqunu sayılan bu rəsmin də sonda muzeydə məskunlaşacağı ümidindədirlər.

Çünki 2010-cu ildə Qətərdə Ərəb Müasir İncəsənət Muzeyi və Qətər Milli Muzeyi açılıb.

Hər iki muzeydə sənət əsərlərinin toplanması prosesi gedir.

Demək, bu əsərin də muzeyə düşmə ehtimalı var.

Xatırladaq ki, açıq hərracda indiyədək ən baha satılan rəsm əsəri Pablo Picassoya məxsus idi.

Onun “Çılpaq qadın” rəsmi 2010-cu ildə 106, 4 milyon dollara satılmışdı.

Şəxsi satışda isə bu rəqəm bir az da artıq olub.Picassonun, Pollockun, Klimtin və Kunninqin rəsmləri özəl sövdələşmələrdə 137 milyondan 140 milyon dollara qədər qiymətə satılıb.
XS
SM
MD
LG