Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:34

Konçalovski Bakıya film çəkməyə gəlir


Yeqor Konçalovski
Yeqor Konçalovski
Rusiyalı rejissor Yeqor Konçalovskinin «Bakı, mən səni sevirəm» kino-layihəsinin gerçəkləşdirilməsi üçün Bakıya gəldiyi xəbəri yayılıb.

Layihə Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Adından da göründüyü kimi, yeni layihə Bakı haqqında olacaq.

Film üzərində Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və başqa ölkələrdən olan 10 rejissor işləyəcək.

Onlar Bakı haqqında qısa novellalar çəkəcəklər.

Novellalar 10 ay ərzində hazırlanacaq.

Hər hekayə 10 dəqiqə sürəcək.

Çəkilişlərin bu ilin martından başlanacağı xəbər verilir.

Layihə 2013-cü ilin əvvəllərində tamamlanmalıdır.

Yaradıcı heyətdə Azərbaycandan 3 rejissorun – İlqar Safat, Samir KərimoğluYavər Rzayevin iştirak edəcəyi deyilir.

Layihənin baş prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Xatırladaq ki, tanınmış rusiyalı rejissor Yeqor Konçalovski filmə hazırlıq məqsədilə ötən ilin payızında da Bakıya səfər etmişdi.

O, jurnalistlərlə görüşdə «Bakı mənim çox xoşuma gəlir. Bu şəhərdə film çəkmək mənim üçün böyük şərəfdir» söyləmişdi.
XS
SM
MD
LG