Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:27

Milli Məclisin deputatı iclas vaxtı azan verib


Misir parlamentinin sələfi deputatları
Misir parlamentinin sələfi deputatları

Qəzəblənən spiker onun mikrofonunu söndürüb


Misir parlamentində hər kəsi təəccübləndirən hadisə baş verib. İclasın ortasında sələfilərin partiyasının nümayəndəsi Mamdouh İsmail ayağa qalxıb, əllərini qulağına dirəyərək azan oxumağa başlayıb.

Bu hal Misir Milli Məclisinin spikeri Saad al-Katatnyni özündən çıxardıb. O, deputatı saxlamağa cəhd göstərsə də, İsmail azanı sona çatdırıb.

HƏR KƏS EYNİ DƏRƏCƏDƏ MÜSƏLMANDIR

Spiker bu hərəkətin deputat nizamnaməsinə zidd olduğunu xatırladıb:

“Bizi şantaj etməyin, siz bizdən artıq müsəlman deyilsiniz. İclas zalı mühüm dövlət əhəmiyyətli məsələlərin müzakirəsi üçün nəzərdə tutulub. Dualar üçün parlament ərazisində məscid var, ora gedə bilərsiniz”.

İsmail azana davam etdiyindən, parlament sədri onun mikrofonunu söndürüb və iclasın sonunadək deputatın danışmasına icazə verməyib.

MİSİR VATİKAN DEYİL, HƏR KƏS VAXTINDA NAMAZ QILMALIDIR

İclasdan sonra İsmail jurnalistlərə deyib ki, Misir Vatikan deyil, müsəlman ölkəsidir və burda hər kəs vaxtında namaz qılmalıdır:

“Mən dəfələrlə məclis sədrinə demişəm ki, iclasların vaxtını namaza uyğunlaşdırsın ki, biz namazı qaçırmayaq. Amma bununla bağlı tədbir görülməyib”.

Misir parlamenti yanvarın 23-dən etibarən yeni tərkibdə fəaliyyətə başlayıb. Hazırkı tərkibin təxminən 70 faizi islam partiyalarının nümayəndələrindən ibarətdir. Ümumilikdə sələfilər deputatların dörddə birini təşkil edir.
XS
SM
MD
LG