Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:19

"Ən yeni ədəbiyyat" seriyasında ilk dəfə İran Azərbaycanından olan yazarın kitabı


"Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat” seriyasında bu dəfə İran Azərbaycanından olan yazar Rüqəyyə Kəbirinin kitabı nəşr edilib.

"Ürəyim ağrıyır" adlanan kitab hekayələr toplusudur.

Bir ana və tibb işçisi olaraq ömrünü xəstəxana-ev və kitablarda keçirən Ruqəyyə Kəbiri hekayələrində za­man-zaman Kafkanın “Çevrilmə”sinin fərqli epizodla­rını yaşadır.

Amma burada çevrilməyə məruz qalan per­sonaj daha subyektiv, daha ümidli, daha həyəcanlı və tək sözlə desək, yaşam dolu bir Qadındır.

“Mava­yıl” adlı hekayədə xəstələnərək əməliyyat keçirən, pis qoxuyan, gündən-günə ailəsi və həyatdan uzaq düşən bir qadın “Bu gecədən otağım tün çiçəyinin ətri ilə do­lacaq”, – deyə düşünür, həyatını sürdürür və təslim ol­maq fikrini bir an olsun yaxına buraxmır.

Burada, haradasa bir inad, yorğun bir inad görünür.

Başqa bir hekayəsində qocalar evinə getmək istəyən qadın orada özü-özünü qorumaq istəyir.

Eyni durum “Mavayıl” heka­yəsində də gözə dəyir.

Bağırsağının başını cər­rah­ların bir kisəyə bağladığı qadın, canının zəhərini o ki­səyə tökür. Bu qadının orqanizminin nədən bu günə düş­düyü oxucuya bəlli deyil.

Bəlkə də bu cür anormal bir səviyyədə bədəndən dışarı tökülən bu zəhər, sadəcə, yaşam zəhəridir…
XS
SM
MD
LG