Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:37

Dolqoruki adına mükafata layiq görülən azərbaycanlı şairlə söhbət


“İZ”—bu gün saat 20 05-də

DİNLƏ

Ötən ay Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsindən xoş soraq gəldi. Moskvada yaşayan tanınmış şair-tərcüməçi Nəsib Nəbioğlu 2011-ci ilin Yuri Dolqoruki adına nüfuzlu ədəbi mükafatının laureatı olub.

Yüngül bir araşdırmadan sonra Nəsib bəyin koordinatlarını tapdıq, onunla söhbətləşə bildik.

Beləliklə, AzadlıqRadiosunun “İz” proqramının bu dəfəki qonağı uzun illərdir Moskvada yaşayan şair, tərcüməçi Nəsib Nəbioğludur.

--Nəsib bəy harada doğulub? Hansı ruzgar onu bu Şimal ölkəsinə atıb?

--Azərbaycansız yaşamaq bir şair üçün nə dərəcədə çətindir? Nəsib bəy vətənsizliyi necə adlada bilir?

--Nəsib bəy Vətənə baş çəkə bilirmi? Niyə həmişəlik Bakıya dönmür? Onu Bakıdan, Azərbaycandan uzaq salan nədir?

--Neçə kitabı çıxıb?

--Moskvadakı soydaşlarımızdan kimlərlə görüşür?

--Necə yaşayır, Rusiyada yaradıcılıqla dolanmaq mümkündürmü?

--Yuri Dolqoruki mükafatı nə vaxtdan təqdim olunmağa başlayıb və kimlərə verilir?

Və bir də Nəsib Nəbioğlunun Vətən həsrətli şeirləri
AzadlıqRadiosunun bu gün axşam saat 20-05-də efirə gedəcək “İz” proqramında.

Bu “İz”i qaşırmayın.

32 illik ayrılıqdan sonra şimaldan gələn dopdoğma Azərbaycan türkcəsindəki söhbətə və şeirlərə şaşıracaqsınız.

Gəlin, bu axşam Nəsib bəylə birlikdə “Ayrılarmı könül candan?!” söyləyək.
XS
SM
MD
LG