Fevralın 13-də Müdafiə Nazirliyinin Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə ölüm faktı qeydə alınıb.
APA-nın məlumatına görə, Milli Ordunun kiçik çavuşu, 1992-ci il təvəllüdlü Kamran Coşqun oğlu Hacıyev tabeliyindəki silahdan açılan atəş nəticəsində həlak olub. Hadisənin əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev açıqlamasında faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.
Kamran Hacıyev Gəncə Şəhər Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb