Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:08

Spiker: İran diplomatiyası bəzi səhvlər buraxıb


Oqtay Əsədov
Oqtay Əsədov
«İran Azərbaycanla qonşu dövlətdir, biz səviyyəmizi və qonşuluq münasibətlərini saxlamalıyıq».

Bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov dedi.

O.Əsədov hesab edir ki, İran diplomatiyası bəzi səhvlər buraxıb.

«İran Azərbaycana qonşu dövlətdir. Biz hər zaman İranla münasibətlərin yaxşı olmasına çalışmalıyıq. Razıyam ki, İran diplomatiyasında bəzi səhvlərə yol verildi, Azərbaycana qarşı parlamentlərində çıxışlar oldu. Hətta Türkmənçay müqaviləsinin ləğvi məsələsini qaldırırlar. Biz hər vəchlə çalışmalıyıq ki, bu məsələlər çox dərinləşməsin. Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, heç bir xarici dövlət Azərbaycan ərazisindən istifadə edərək qonşu ölkəyə qarşı tədbir keçirə bilməz», - deyə O.Əsədov bildirib.

Qənirə Paşayeva isə çıxışında bildirdi ki, ən ağır dövrlərində belə Azərbaycan İranın dəstəyini hiss etməyib: «İran daimi Ermənistanı dəstəkləyib. Vaxtilə İran Ermənistanla sərhədləri bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı… İranda «Səhər» kanalı yaradıblar və bu kanal səhərdən axşama qədər Azərbaycana qarşı təxribat xarakterli verilişlər verib insanları hakimiyyətə qarşı yönəltməyə çalışır…».

Q.Paşayeva əmindir ki, bu telekanalı İran hökuməti dəstəkləyir: «İran rəsmilərinə çağırış edirik ki, gözlərini açıb yaxşı baxsınlar və normal qonşu olan Azərbaycanı düşmənə çevirməsinlər…».

Zahid Oruc da dedi ki, Azərbaycan indiyə qədər anti-İran bloklarında yer almayıb. Lakin İranın davranışları buna vadar edib.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Azərbaycanı İsrailin kəşfiyyat xidməti –MOSSAD-ın öz ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə şərait yaratmaqda
Zahid Oruc
Zahid Oruc
ittiham edir.

İSA QƏMBƏRİN MÜRACİƏTİ MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ OLUNDU

Müsavat başqanı İsa Qəmbərin «Facebook» şəbəkəsindəki dostlarına müraciəti Milli Məclisin fevralın 14-də keçirilən iclasında müzakirə olunub.

Zahid Oruc İ.Qəmbərin müraciətini pislədi:

«Bunlar «Eurovision» qələbəsini belə hakimiyyətin əleyhinə çevirmək istəyirlər. İsa Qəmbər «Eurovision» yarışını işıqlandıracaq 1500 jurnalisti öz tribunasına çevirmək istəyir. İsa Qəmbər deyir ki, müsabiqənin bütün iştirakçıları Bakıda tribunadan siyasi məhbuslara azadlıq tələb etsin».

Azay Quliyev də bildirdi ki, bəzi qüvvələr «Eurovision»u Azərbaycanın əleyhinə çevirmək istəyir:

«Onlar qrup halında fəaliyyət göstərirlər və onların təxribat törədəcəyi istisna deyil... «Eurovision» haqqında xaricdə gedən yazılara baxın. Həmin yazılar «Eurovision»dan başlayıb əmlak hüquqlarının pozulması barədə fikirlərlə qurtarır. Bu yazılar nəyə xidmət edir?..».
XS
SM
MD
LG