Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:39

Suriyada etirazçılara qarşı hərbi reydlər davam edir


Suriyanın Homs əyalətində hərbi əməliyyatlar davam etdirilir.

Müxalifət fəalları son 2 həftə ərzində yüzlərlə adamın öldürüldüyünü xəbər verirlər.

Əyalətdən keçən neft kəmərinin yenidən partladığı xəbər verilir.

Həmçinin hökumət qüvvələri Hama şəhərini atəşə tutmaqda davam edir.

Yerli fəallar şəhərdə elektrik enerjisi və rabitənin kəsildiyini xəbər verirlər.

Məlumatlara görə, həmçinin Dəməşqin ətraflarında zirehli texnikaların köməkliyilə reydlər keçirilir.

Fransanın xarici işlər naziri Alen Juppe yerli radioya müsahibəsində buldirib ki, hazırda Rusiya ilə Suriyayla bağlı yeni qətnamə layihəsini müzakirə edir.

Suriya prezidenti Bashar Assad fevralın 26-da yeni ölkə konstitusiyası ilə bağlı referendum təyin edib.

Ötən il martın ortalarından bu yana Suriyada prezidentin istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG