Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:28

Bakıda İran televiziyasının müxbiri saxlanılıb


Foto: Arxiv
Foto: Arxiv
İranın «Səhər» telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı saxlanılıb.

Müxbirin qardaşı Yaşar Bayramlı AzadlıqRadiosuna bildirib ki, fevralın 17-si axşam saatlarında polis Anar Bayramlını evindən Binəqədi Polis İdarəsinin 4-cü bölməsinə aparıb. Bir qədər sonra isə onlara Anar Bayramlının narkotikə görə saxlanıldığı bildirilib:

«Qardaşım gödəkcəsini bölmənin girişində asılqandan asıb içəri keçib. Bir qədər sorğu-sualdan sonra ona narkotik maddəni göstərib deyiblər ki, bu heroindir, sənin pulqabından çıxdı. Qardaşım da deyib ki, o, nəinki narkotikdən, heç siqaret və spirtli içkidən də istifadə etmir, cibindən narkotik maddə çıxa bilməz».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bu barədə məlumatsız olduqlarını deyiblər. İranın Azərbaycandakı səfirliyindən isə məlumata şərh vermək istəməyiblər.

Anar Bayramlının saxlanılması barədə İranın yarı-rəsmi «Fars» agentliyi də xəbər yayıb.

Yerli mətbuat «Səhər» televiziyasının Sumqayıtdakı nümayəndəliyinin sürücüsünün də saxlanılması barədə yazda da, Sumqayıt polisi bunu təsdiqləmir.

NARDARANDA HƏBSLƏR OLUB

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun AzadlıqRadiosuna dediyinə görə, fevralın 18-i səhər saatlarında «İslam Həqiqətləri» qəzetinin redaktor müavini Əbülfət Bünyadov da saxlanılıb:

«Son bir neçə gündə Nardaran kəndində 20-dən artıq adam tutulub. Onların bəziləri bir müddət sonra sərbəst buraxılıb. 10 nəfər kənd sakini isə hələ içəridədir».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deyirlər ki, onlar bu barədə də məlumata malik deyillər.
XS
SM
MD
LG