Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:28

AİHM Azərbaycandan iki şikayət üzrə qərar qəbul edib


Fevralın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan iki şikayət üzrə qərar qəbul edərək 2005-ci il parlament seçkilərində Bəybala Əbil və Xanhüseyn Əliyevin hüquqlarının pozulduğunu tanıyıb.
Bəybala Əbil 11 saylı Qaradağ seçki dairəsindən Klassik Xalq Cəbhəsi Partiyasından deputatlığa namizəd, Xanhüseyn Əliyev isə 58 saylı Hacıqabul-Kürdəmir dairəsindən YeS blokunun namizədi olub. Hər iki namizəd rəsmi olaraq dairə seçki komissiyaları tərəfindən qeydiyyata alınıb, lakin sonradan onların qeydiyyatı ləğv olunub.
Hər iki halda məhkəmə ərizəçilərin azad seçki hüququnun pozulduğunu tanıyıb və onlara hər birinə 7500 avro təzminat ödənilməsi haqqında qərar çıxarıb. Bəybala Əbil üçün əlavə olaraq məhkəmə xərclərinin ödənilməsi üçün 1600 avro kompensasiya müəyyən edilib.
İndiyə qədər Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı 17 şikayət üzrə qərar qəbul edib
XS
SM
MD
LG