Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:36

Suriya müxalifəti “humanitar dəhliz” istəyir


Mühacirətdə olan Suriya Milli Şurası bu gün Rusiyaya müraciət edib. Homs, İdlib və Deraa şəhərlərinə “humanitar dəhliz” açılması ilə bağlı Suriya hakimiyyətinə müraciət etmələrini xahiş ediblər.

Bundan əvvəl Qızıl Xaç Komitəsi Suriyada dinc adamlara kömək üçün hər gün iki saatlıq humanitar yardım göstərilməsi təklif etmişdi. ABŞ bu təklifi dəstəkləyib.

Bu gün Homs şəhərində iki qərb jurnalisti həlak olub. Onlar ABŞ və Fransadan olan Marie Colvin və Remi Ochlikdir.

Hüquq müdafiəçilərinin məlumatına görə, Suriyada Homs və İdlib əyalətlərində hökumət qoşunları ilə müxalifətçilər arasında baş verən atışmada azı 100 adam ölüb. Onlarla yaralı var.
XS
SM
MD
LG