Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:35

2012-ci il üçün kinoya 7 milyon manat ayrılıb


2012-ci il üçün dövlət büdcəsindən Azərbaycan kinosuna 7 milyon manat vəsait ayrılıb.

Bu xəbəri Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov APA-ya bildirib.

Cahangir Məmmədov əlavə edib ki, kino sahəsinə ayrılan builki büdcə ötənilki ilə eynidir.

Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə bir neçə bədii və sənədli filmlərin istehsalı nəzərdə tutulur.

Bədii filmlər arasında “Qorxma mən səninləyəm-2”, “Ən adi soyad”, “Dolu”, “Sübhün səfiri”, “Dərvişin ölümü”, “Çölçü”, “Ehram TV”, “Mən evimə qayıdıram”, “Qisas almadan ölmə” və digər ekran işləri var.

C. Məmmədov Azərbaycan və Türkiyənin birgə istehsalı olan “Mahmud və Məryəm” filmindən də danışıb. O, filmin çəkilişlərinin dəqiq vaxtının hələ bəlli olmadığını deyib.

Şöbə müdiri bu il ərzində fransızlarla birlikdə “Aleksandr Düma”, almanlarla bərabər “Caz və muğam” sənədli filmlərinin çəkilişinin planlaşdırıldığını da bildirib.

Mövzuya qayıdacağıq.
XS
SM
MD
LG