Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:16

Flippinin sabiq prezidenti məhkəmə qarşısında


Flippində ölkənin sabiq prezidenti Gloria Arroyonun məhkəmə prosesi başlayıb.

O, 2007-ci ildə senata keçirilən seçkinin nəticəsinin hakim partiyanın xeyrinə saxtalaşdırılmasında əli olmaqda ittiham olunur. Həmin seçkidə heç bir müxalifət namizədi qalib gəlməmişdi.

Məhkəmənin suallarını cavablandırarkən Arroyo özünün günahsız olduğunu deyib. Arroyo Flippinə 2001-2010-cu illərdə rəhbərlik edib.

Hazırki prezident Benino Akino korrupsiya ilə mübarizə şüarlarının sayəsində seçkidə qalib gəlib. Ölkə rəhbərliyi bildirib ki, sabiq prezidentin məhkəməsi bir çox mübahisəli məsələlərə aydınlıq gətirəcək.
XS
SM
MD
LG