Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

Aldadılanlar Prezident Administrasiyasının qarşısına toplaşdılar


Fevralın 28-də Prezident Administrasiyasının qarşısında «GEN» MMC«Fuad» MMC tikinti şirkətlərindən ev alan, ancaq sonradan aldadılaraq evlə təmin olunmayan bir qrup payçı etiraz aksiyası keçirib. Onlar «Evimizi tələb edirik!», «Pulumuzu tələb edirik»» kimi şüarlar səsləndiriblər.

Polis aksiyaçıları dağıdıb. Prezident Administrasiyasından aksiyaçılara bildiriblər ki, Bakı şəhər İcra Hakimiyyətinə getsinlər, icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov onları qəbul edəcək. Aksiyaçılar İcra Hakimiyyətinə gəlsələr də, onları qəbul edən olmayıb. Bundan sonra onlar «Hacıbalaya istefa!» şüarları səsləndirib, yolu bağlamağa çalışıblar. Polis onları dağıdıb.
XS
SM
MD
LG