«Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz».
Bunu prezident İlham Əliyev fevralın 28-də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına həsr olunmuş konfransda deyib.
SAHİBKARLAR QARŞISINDA TƏLƏB QOYULMUR
«Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, mənim onlara, necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır. Son illərdə sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə yardımlar edirlər. Mən bunu dəstəkləyirəm. Ancaq yenə də demək istəyirəm ki, belə bir tələb sahibkarlar qarşısında qoyulmur. Bu, könüllü məsələdir. Etsələr, sağ olsunlar. Etməsələr, edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini versinlər».
İlham Əliyev qeyd edib ki, biznes şəraitinin yaxşılaşdırılması davam etdirilməli, sahibkarlığa daha da yaxşı şərait yaradılmalıdır:
«Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Eyni zamanda ölkədə hələ də mövcud olan xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaq. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaq».
QEYRİ-NEFT SƏNAYESİ 10 FAİZDƏN ÇOX ARTIB
İlham Əliyev ölkənin uğurla inkişaf etdiyini vurğulayıb:
«Dünyada neftlə zəngin olan kifayət qədər çox ölkə var. Bizdən qat-qat çox neft, qaz hasil edən, ixrac edən ölkələr var. Ancaq heç də hər bir ölkədə iqtisadi inkişaf bizdəki kimi sürətli deyil. Uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır».
Dövlət başçısı qeyd edib ki, 2012-ci ilin birinci ayında qeyri-neft sənayesi 10 faizdən çox artıb:
«Çox güclü sənayeləşmə prosesi gedir. Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcək. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri icra edir və artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Uğurlarımızın təməlində həm iqtisadi siyasət, islahatlar, eyni zamanda ölkədə mövcud olan ictimai-siyasi sabitlik, icra strukturlarındakı güclü nizam-intizam dayanır. Nizam-intizam olmadan biz uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir».
BİZİ İSTƏYƏNLƏR VƏ İSTƏMƏYƏNLƏR
İlham Əliyev çıxışında siyasi məsələlərə də toxunub:
«Bizim siyasi çəkimiz, iqtisadi gücümüz artır. Bunu bizi istəyənlər də görür, istəməyənlər də. Bizim uğurlarımıza sevinənlərin sayı kifayət qədər çoxdur. Amma istəməyən qüvvələr də, bədxahlar da var…
Baxın, biz son müddət ərzində həm siyasi, həm iqtisadi sahədə nə qədər böyük nailiyyətlərə çatmışıq. İnkişaf etmiş ölkələrin reytinqləri aşağı düşdüyü halda, bəzi inkişaf etmiş ölkələr defolt ərəfəsində olduğu halda «Standard&Poor's» Azərbaycanın kredit reytinqini qaldırır. Dünyanın iqtisadi sahədə ən mötəbər «beyin mərkəzi» olan Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 55-ci yerə layiq görür, bütün MDB məkanında birincidir…
Həm BMT Təhlükəsizlik Şurası, həm «Böyük iyirmilik»ə dəvətimiz, dünyanın mötəbər iqtisadi qurumları tərəfindən Azərbaycana yüksək qiymətin verilməsi, «Standard&Poor's»un qiymətləndirməsi, «Eurovision» müsabiqəsində qələbə. Yəni, bunlar bizi istəməyənlərin, əlbəttə ki, gözünü deşir. Ona görə biz təəccüblənməməliyik ki, haradasa kim nə isə yazdı, kim isə ağzını büzdü. Biz buna fikir verməməliyik, bu, təbiidir».