Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 14:03

Xalq küçəyə çıxanda, liderlər nə etməlidir?


«Qubadakı sosial partlayış zamanı bizim orada olmağımız repressiyalar əsas yarada bilərdi».

Əli Kərimli
Əli Kərimli
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Xalq küçəyə çıxanda, liderlər nə etməlidir?» mövzusunda danışarkən İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli deyib. Onun sözlərinə görə Qubada xalqın ayağa qalxmasından istifadə etmək onlar üçün fürsətcillikdə ittihama yol aça bilərdi:

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)

«Sosial partlayışın heç kim tam gününü müəyyənləşdirə bilmir. Nə dövlətlər, nə də beynəlxalq təşkilatlar bunun gününü müəyyənləşdirə bilər. Qubada baş verənlər tamamilə fərqli bir şeydir. Adamlar tamamilə deyirlər ki, rayon miqyasında icra başçısı ilə bağlı problemləri var. Hökumətin ağır repressiyaları üstlərinə gəlməsin deyə, özlərini qorumaq üçün hətta özləri ilə İlham Əliyevin şəkillərini də götürüblər. Özlərini sığortalamaqdan ötrü. Mən onları qınamıram. Hökuməti onlar da tanıyırlar. Bilirlər ki, irimiqyaslı repressiya üçün bəhanə axtarırlar. 2 dəqiqədən bir xalqın içindən biri gəlib çıxıb jurnalistlərə deyir ki, biz dövlətçiliyə qarşı deyilik. Bunu Azərbaycanda hökumətə qarşı deyilik kimi oxumaq lazımdır. Dövlətçilik Azərbaycanda belə təqdim olunur. Həmçinin ora yığılanlar bizim çağırışımızla gəlməmişdilər. Belə bir məqamda bizim orada olmağımız həmin adamlara qarşı hökumətin irimiqyaslı repressiyalarına əsas yaratmaq deyildimi? Həmin adamların bir qrupu tərəfindən bizim fürsətcillikdə ittiham
İlqar Məmmədov
İlqar Məmmədov
olunmağımıza əsas verməzdimi?».

REAL Hərəkatının həmsədri İlqar Məmmədov isə hesab edir ki, bu üsyana istiqamət verilməsi vacib idi:

«Orada İlham Əliyevin tərəfini heç kim tutmurdu. Etirazlar kütləviləşəndə artıq bir neçə adam 4-5 dənə bir neçə dəqiqəlik İlham Əliyevin portretini gətirdilər, kütlənin içərisinə qoydular, onu dərhal telekanallar çəkdilər. Yalandan belə bir təəssürat yarandı ki, kütlə guya ki, İlham Əliyevi müdafiə edirmiş. 5 dəqiqədən sonra o portretləri bir kənara atdılar, proses necə başlamışdı elə də davam etdi. Kütlə tərkibində YAP-çılar da var idi, müxalifətçilər də var idi. YAP-çıların əksəriyyəti büdcə təşkilatında çalışan formal partiya üzvləri idilər. Bu açıq aydın sistemli böhran idi. Bu Quba miqyaslı böhran deyildi. Bu İlham Əliyevin yerli idarəçilik üsulunun böhranı idi. Ona görə də ona istiqamət vermək lazım idi. Ona elə istiqamət vermək lazım idi ki, o dinc formalarda davam etsin. Amma davam etsin».

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (Təkrar - 2)

Eldar Namazov
Eldar Namazov
Ziyalılar Forumunun yaradıcılarından olan Eldar Namazov isə bildirib ki, liderlərin orada iştirakı vacib olmasa da həmin üsyana qalxan insanların hüquqlarını müdafiə etmək hamı üçün vacibdir:

«Elə məqamlar olur ki, gedib kimlərinsə orada iştirak etməsi buna başqa məna verə bilər. Ancaq ora çıxan adamların hüquqlarını müdafiə etmək hamımızın borcudur. Qeyd edim ki, deputat Vahid Əhmədov orada kifayət qədər konstruktiv rol oynadı. O orada olan nüfuz və imkanlarından istifadə edib, proseslərin çərçivədən çıxmamasına, etirazı sivil formada bildirilməsinə çalışdı. Etirazçılara mənəvi dəstək verib, onların istəyini həyata keçirmək üçün orada fəaliyyət göstərirdi. Mən bunu yüksək qiymətləndirdim».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG