Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:48

"KVN" yenə məmurları hədəfə alacaq


Cabir İmanov
Cabir İmanov
“Planet Parni iz Baku” kollektivi “Eurovision”a həsr olunmuş konsert verəcək.

Lent.az-ın verdiyi xəbərə görə, komanda aprelin 13-ü, 14-ü və 15-də Heydər Əliyev sarayında yeni konsert proqramı ilə çıxış edəcək.

Konsert barədə Lent.az-a məlumat verən “Planet Parni iz Baku” komandasının əsas aktyorlarından olan Cabir İmanov bildirib ki, budəfəki konsertləri qeyri-adiliyi ilə yadda qalacaq: “Tam yeni səhnəciklər olacaq. Azərbaycanda bu il “Eurovision” müsabiqəsi keçirildiyi üçün konsertimiz əvvəldən axıradək “Eurovision” müsabiqəsinə aid olacaq. Ona görə də konsertimizi “Eurogülüş” adlandırmışıq. Səhnəciklərdə ölkəmizin bu müsabiqəyə necə hazırlaşmasını göstərəcəyik. İstər süpürgəçi, istər bənna, istərsə də bu işlə məşğul olan dövlət məmurları, hər biri bizim səhnəciklərdə rol alacaq ”.

Aktyor bildirib ki, proqramda “Məhəllə” sakinlərinin bu müsabiqəyə baxışı tam fərqli şəkildə təqdim ediləcək: “Ola bilməz ki, hansısa gündəmdə olan məsələyə “Məhəllə” sakinləri biganə yanaşsın. Ona görə də onların “Eurovision”a münasibəti, müsabiqədə baş verənlər yaxud baş verə biləcəklər, onların arzuları, xəyalları yer tapacaq ”.

Aktyor bildirib ki, artıq neçə illərdir “Məhəllə” səhnəsini təqdim edən komanda bu səhnəciyi tamaşaçıların xahişi ilə davam etdirdiklərini deyir: “Biz çox düşünmüşük ki, tamaşaçı “Məhəllə” səhnəciyindən bezib. Amma sırf tamaşaçıların istəyi ilə biz bu səhnəni davam etdirdik”.

Səhnəcikləri arasında müğənnilərin də parodiyasına yer ayıracaqlarını deyən Cabir İmanov tamaşaçıların bu dəfə də konsertdə komandanın tanınmış üzvləri Bəhram Bağırzadə, Emin Abbasov, Azər Əhmədzadəni görəcəklərini deyib.
XS
SM
MD
LG