Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:52

Sabir Əhmədlinin indiyəcən çap olunmamış hekayəsi "Yazı" dərgisində


“Yazı” dərgisinin yeni sayı çapdan çıxıb.

Ənənəvi “Baş redaktordan” yazısını nəzərə almasaq, dərgi M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş xəbər və onun “Con Mill Stüart azadlıq haqqında” məqaləsi ilə açılır.

Nəsr bölümündə Rasim Qaraca, Eyvaz Zeynalov, Natiq Məmmədlinin hekayələri, habelə Rəhim Əliyevin “Qoşulub qaçmayan qız” və Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanlarının əvvəli çap olunub.

Poeziya bölməsində Şöhrət Qaraoğlunun, Elnaz Eyvazlının, Dərviş Cavanşirin, Rəfail Tağızadənin şeirləri yer alıb.

“Sözümüzün yiyələri” bölümündə yazıçı Sabir Əhmədlidən söz açılır, onun heç yerdə çıxmayan “Cərimə” hekayəsi “Yazıçının arxivindən” seriyasından dərc olunur.

Dərginin bu sayında oxucular cəhalət qurbanı olan yazıçı Rafiq Tağıya həsr olunmuş yazılarla da tanış ola biləcəklər.

“Ədəbiyyatın içindən” rubrikasında yazıçı Aslan Quliyevin “Onlar məni öldürdülər”, “Payız dumanı”, Seymur Baycanın “İvan İliçin ölümü”, Ələbbasın “Yazmaq istəmədiyim yazı” məqalələri, “Güney sovqatı”nda güneyli şairlər Nigar Xiyavinin, Məlihə Əzizpurun, ABŞ-da yaşayan İsmail Cəmilinin şeirləri yer alıb.

Dərginin növbəti sayını “Qasid”in, Azərmətbuatyayımın və Metroservisin qəzet köşklərindən əldə etmək olar.
XS
SM
MD
LG