Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Musiqili Komediya Teatrı «Evlənmə» ilə «Zirvə»yə qalxdı


N. V. Qoqolun «Evlənmə» komediyası
N. V. Qoqolun «Evlənmə» komediyası
«Bu tamaşa ilə biz çərçivələrdən çıxa bildik»
Bu sözləri Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev Mədəniyyət və Turizm Nazirliyinin teatr sahəsində 2011-ci il üçün «Zirvə» mükafatını alarkən söyləyib.
Ötən il bu teatrda tamaşaya qoyulan N. V. Qoqolun «Evlənmə» komediyası «2011-ci ilin ən yaxşı səhnə əsəri» kimi yüksək mükafata layiq görülüb.
Xəbəri teatrın mətbuat xidməti AzadlıqRadiosuna verib.
Teatrın direktoru bildirib ki, ötən il 200 illiyi qeyd edilən rus yazıçısı N. V. Qoqolun «Evlənmə» komediyası dövlət teatrları tarixində ilk antrepriz (müxtəlif teatrların aktyorlarının bir tamaşada oynaması) tamaşa kimi yadda qalıb.
Bu tamaşada Azərbaycanın müxtəlif teatrlarının aktyorları bir araya gəliblər.
Tamaşaya əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.
Əliqismət Lalayev hazırda dünyanın Musiqili Komediya və ümumiyyətlə operetta teatrlarında ən müxtəlif janrlarda tamaşalar qoyulduğunu vurğulayıb.
Və bu tamaşaya qədər Musiqili Komediya Teatrının bu çərçivələrdən çıxa bilmədiyini söyləyib.
Teatrın direktoru böyük rus yazıçısının Azərbaycanda ilk dəfə tamaşaya qoyulan bu əsəri ilə çərçivələri qırdıqlarını bildirib.
Və Musiqili Komediya Teatrının «yalnız musiqili komediya qoymaq» kimi «böyük boyunduruqdan» qurtulduğunu bəyan edib.
XS
SM
MD
LG