«Azadlıq» qəzeti yazır ki, «İctimai Palata hakimiyyətə Novruz bayramına qədər vaxt verdi». İP-nin toplantısındakı çıxışında Müsavat başqanı İsa Qəmbər vicdan məhbusları Novruz bayramına qədər buraxılmalıdır:
«Novruz bayramına qədər həm bizim, həm də hakimiyyətin qərarları bəlli olacaq. Bayramdan sonra atacağımız addımlar hakimiyyətin qərarlarından asılı olacaq».
Əli Kərimli isə deyib ki, «hər əkilən ağacın dibinə işıq çəkmək inkişaf deyil. İnkişafın rəmzi müstəqil məhkəmə sistemi, tolerantlıq, özgə fikrinə dözümdür. Qonağın qarşısına bunları çıxarmaq olar…».
«Əli Kərimli yalan danışır, çünki həqiqəti demək ona sərf etmir». Bu fikirlər isə YAP icra katibinin Əli Əhmədovun «Yeni Azərbaycan» qəzetində dərc edilən müsahibəsindəndir. Əli Əhmədov Əli Kərimlinin Türkiyə mətbuatına verdiyi son müsahibəyə belə münasibət bildirib:
«Ölkədaxili siyasi məsələlərin xarici mətbuat səhifələrinə çıxarılması tamamilə mənasızdır. Ona görə ki, bunu edənə o, heç nə vəd etmir…».
«Bizim yol» qəzeti analoqsuz inkişafın böyük ayıbından yazır. «Azərbaycanda iqtisadiyyat elmi yoxdursa, ölkə dünyanın lider ölkəsinə necə çevrilib?» deyə qəzet sual edir. İqtisadçı Qadir İbrahimliyə görə, ölkədə iqtisad elminin inkişaf etməməsinin köklü səbəblərindən biri «ölkədə normal bazar iqtisadiyyatının olmamasıdır…».
«Azərbaycan» qəzeti isə «Doing business-2012» hesabatında Azərbaycanın daha 3 pillə irəli getməsinə toxunur: «Artıq dünyada «Azərbaycan iqtisadi modeli» termini də işləməyə başlayıb. Bunun əsas səbəbi iqtisadi modelimizin digərlərindən özünəməxsusluğu ilə fərqlənməsidir…».
«Azərbaycanda vəziyyət tam qarışa bilər». Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində politoloq Zəfər Quliyev deyib: «Xalq artıq dözüm limitini aşıb və onun hər an ayağa qalxması mümkündür…».