Şəkinin ən böyük kəndlərindən olan Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərində Uşaq Fiziki Hazırlıq Klubu 2009-cu ildə ləğv olunub. Bundan sonra qrup Şəki şəhərində fəaliyyət göstərən idman məktəbinə birləşdirilib. Bu klub 1989-cu ildən fəaliyyət göstərib. Məktəblilər burda yüngül atletika, futbol, voleybolla məşğul olublar.
Vaxtilə həmin klubda voleybolla məşğul olan Salatın Rəşidova isə klubun ləğvindən sonra voleybolun daşını atıb. 14 yaşlı Salatın deyir ki, yolun uzaq olması voleybolun uzaqlaşmasına səbəb olub:
ÖZ KƏNDİMİZDƏ OLSAYDI...
«İndi getmirəm, çünki idman məktəbi şəhərdədir. Öz kəndimizdə olsaydı, yaxşı olardı. Yol uzaq olduğundan valideynlərimiz icazə vermir».
Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərindəki Uşaq Fiziki Hazırlıq Klubunun keçmiş rəhbəri Xaləddin Rəşidov isə deyir ki, klub müəmmalı şəkildə ləğv olunub. O, yerli təhsil şöbəsindən tutmuş prezidentə qədər müraciət etdiyini bildirir:
«Nazirlər Kabinetinə, prezidentə də yazmışıq. Cavab ala bilmirik. Doğrudanmı dövlət bura ayırmağa vəsait tapmır? Əsasnamədə qeyd olunur ki, məktəbin açılması üçün çoxlu kadr olmalıdır. Bizdə də kadr çoxdur. Prezident 2009-cu ildə idman məktəblərinin kütləviliyini artırmaq üçün fərman verdi. Bəs niyə artırmırlar? Biz də buna məəttəl qalırıq».
Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov isə deyir ki, klub fəaliyyətsiz olduğu üçün ləğv olunub:
«CİJİMİN, DƏDƏMİN PENSİYASI NƏ VAXT GƏLƏCƏK?»
«Orada bir neçə il bundan qabaq yoxlama olub. Həmin yoxlama vaxtı klubda bir dənə də olsun qrupun fəaliyyət göstərmədiyi müəyyən olunub. Biz Fiziki Hazırlıq Klubunu ləğv etmişik. Onların mövcud qruplarının hamısı Şəki şəhər Uşaq Gənclər İdman Məktəbinə birləşdirilib».
Klubun keçmiş rəhbəri Xaləddin Rəşidov deyir ki, bu kəndlər Şəkidən 36 kilometr aralıda yerləşir. Hər gün Şəkiyə gedib-gəlmək uşaqlara gündəlik 2 manata və uzaq yol hesabına başa gələr:
«İmkan yoxdur, bura kənd yeridir. Camaat şirin çay pulu tapmır. Necə getsin? Təkcə yol pulu 1 manat getməkdir, 1 manat gəlmək. Kənddə hamı pensiyaya ümiddir ki, «cijimin, dədəmin pensiyası nə vaxt gələcək, gedib nəsə alacağam». O ki ola uşağı Şəkiyə göndərmək».
BU, ARQUMENT DEYİL
Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov isə deyir ki, uzaqlığa qalsa, kəndlər hamısı rayon mərkəzlərindən uzaqdır:
«Bu, arqument deyil, sadəcə olaraq işləmək lazım idi. Bu klubun heç bir nəticəsi yox idi. Ona görə də rəhbərliyin gücləndirilməsini düşündük, klubu Şəki şəhər Uşaq Gənclər İdman Məktəbinə birləşdirdik».
Təhsil Nazirliyindən verilən məlumata görə, əvvəllər ölkənin rayonlarında fəaliyyət göstərən fiziki hazırlıq klublarından ancaq 1-i qalıb. O da Gəncədə. Gənclər idman məktəbləri isə bütün rayonlarda fəaliyyət göstərir.