Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

16 əfqanın öldürən şəxsin qanunun bütün ağırlı ilə cəzalanacağını deyir


ABŞ Prezidenti Barack Obama Martın 11-də 16 əfqan kəndlisinin öldürülməsini araşdırmaq üçün Pentaqona əlindən gələni etməyi tapşırdığını deyib.

Ağ evdəki çıxışında Obama bildirib ki, bu qətl nə amerikan dəyərləri, nə də amerika silahlı qüvvələrinin davranışıyla düz gəlir. Və bu cinayəti törədən şəxs qanunun bütün ağırlığı ilə cəzalandırılmalıdır.

Obama baş verən faciəyə baxmayaraq qoşunların Əfqanıstanda 2014-cü ilə qədər qalmaq planlarına təsir etməyəcəyini bir daha təkrarlayıb.

Martın 11-də Qəndəhar yaxınlığında bir amerika əsgəri 9-u uşaq olmaqla 16 kəndlini öldürüb.
XS
SM
MD
LG