Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi «Greater Grace Church» protestant icmasının fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib. İcma məhkəməyə təkrar qeydiyyatdan keçmədiyi üçün verilib. Əgər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iddiası təmin olunsa xristian dini icmasının mövcudluğu hüquqi formada dayandırılacaq.
Bu haqda «Forum-18» məlumat verir.
«Forum-18» bildirir ki, 2009-cu ildə yeni qanun qəbul olunandan sonra dini icmaların təkrar qeydiyyatı tələb olunur. O vaxtdan qeydiyyatdan keçmədiyinə görə ilk dəfədir ki, hər hansı dini icmanın fəaliyyətinin dayandırılmasına cəhd edilir.
İcma üzvləri «Forum-18»ə bildiriblər ki, onların hüquqi statusunu ləğv etmək qeyri-qanunidir. Çünki onların 1993-cü ildən qeydiyyatı var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri də «Forum-18»in suallarına cavab verməkdən imtina ediblər. Komitənin mətbuat xidmətinin rəhbəri yazılı sorğu tələb edib. Sualları yazılı təqdim etsələr də cavab almayıblar.
«Greater Grace Church» icmasını dəstəkləyənlərdən biri, Azərbaycan Baptistlər Birliyinin rəhbəri keşiş İlya Zençenkodur. O deyib ki, «Greater Grace Church» icmasının məhkəmə yolu ilə ləğvinə nail olmaq cəhdi qanuna və Konstitusiyaya ziddir və Azərbaycanı beynəlxalq aləmdə gözdən salır: «Vəzifəsi ibadət edənlərə kömək etmək olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əvəzində onlara təzyiq göstərməklə məşğuldur. İlk dəfədir ki, komitə açıq şəkildə hər hansı bir xristian icmasının fəaliyyətini dayandırılması üçün tədbirlər görür. Bundan əvvəl isə yalnız polis də daxil olmaqla dolayı yollardan istifadə olunurdu».
İlya Zençenko prezident İlham Əliyevi və ATƏT-i bu məsələni diqqətdə saxlamağa çağırıb.
ATƏT-in Bakı Ofisindən bildiriblər ki, «Greater Grace Church» icmasının işi ilə bağlı məhkəmə onların nəzarətdə saxladığı dini azadlıq məsələləri ilə bağlı işlərdən biridir: «Biz martın 15-də keçiriləcək məhkəməyə öz nümayəndələrimizi göndərəcəyik. Həmin məhkəməni məhkəmə monitorinq layihəsi çərçivəsində izləyəcəyik. Biz həmçinin Yehova Şahidləri və Nardaranda həbs olunmuş müsəlmanların işini də nəzarətdə saxlayırıq».
Bu işlə bağlı «Greater Grace Church» icmasına məhkəmə çağırışı ilk dəfə yanvarın 14-də gəlib.
Məhkəmə fevralın 16-a təyin olunsa da həmin gün məhkəmə keçirilməyib. Onlara bildiriblər ki, proses martın 15-ə təyin olunub.
Greater Grace Church icması 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməyib.