Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

Fransada silahlı ekstremistlə danışıq aparılır


Fransa polisi 7 adamın qətlində şübhəli bilinən adamı ələ keçirməyə cəhd göstərir.

Son məlumata görə, 24 yaşlı Fransa vətəndaşı Mohammed Mera Tluza şəhərindəki evlərdən birində blokadaya alınıb.

O əslən Əlcəzairdəndir.

Daxili işlər nazirliyinin məlumatına görə o hakimiyyətlə danışığa başlayıb və bu günlərdə təslim olmaq fikrindədir.

Mohammed Mera əl qaidəçi olduğunu deyir və bildirib ki, o bununla öldürülən fələstinli uşaqlar və Fransa ordusunun müsəlman olkələrində apardığı hərbi əməliyyatların qisasını çıxır.

Polisin məlumatına görə o əvvəllər Əfqanıstanda, Talibanın əsas dayaq məntəqəsi olan Qəndəhar əyalətində olub.

Mera bu günlərdə 3 əsgər, 3 yəhudi uşaq və 1 ravvini öldürməkdə şübhəli bilinir.
XS
SM
MD
LG