Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:28

Zümrüd Yağmur: Mətbəə siyasi səbəbdən romanımın çapından imtina etdi


Zümrüd Yağmur
Zümrüd Yağmur
.
oxuzali.az

Yazıçı Zümrüd Yağmur Bakıdakı “Kraton” mətbəəsini onun “Diriləri basdırın” adlı yeni romanını siyasi səbəbdən çap etməkdən boyun qaçırdığını bildirir.

“Oxu zalı”na açıqlamasında yazıçı deyib ki, mətbəə əvvəlcə romanı çap etməyə razı olsa da, hətta çap xərci belə razılışdırılsa da, siqnal nüsxəsinin çapı ərəfəsində mətbəə ona “yox” cavabı verib.

- Roman "Diktatorlara ithaf" sözləri ilə başladığı və bundan əvvəlki əsərimin "Allah qayıdır?!" adlı siyasi roman olduğunu öyrəndikləri üçün yayın işlərinə başlamadan öncə indiki romanı incələməyə başlayıblar. "Diriləri bacdırın" əsəri də siyasi çalarla bol əsər olduğundan nəşriyyat kitabı dərc eləməkdən imtina edib. Yayın evi bu imtinanı başqa səbəblərlə əlaqələndərməyə çalışmayıb da. Eləcə açıq şəkildə əsərin hakimiyyətin əleyhinə olduğunu deyərək dərc etməkdən boyun qaçırıb.

“Kraton” mətbəəsinin kommersiya bölməsinin meneceri Yavər İbrahimov (özünü belə təqdim etdi) “Oxu zalı”na açıqlamasında Zümrüd Yağmur adlı yazıçıdan çap üçün əsər götürmədiklərini deyib.

“Ümumiyyətlə, biz kitab çap etmirik, yalnız broşür, vizit kartı və s. kiçik şeylər” – deyə o bildirib.

Zümrüd Yağmur isə mətbəə ilə qiyməti razılaşdırandan sonra romanını onların e-mail ünvanına göndərdiyini, həmin məktubu saxladığını deyir.

Yazıçı Zümrüd nasir olmaqla yanaşı həm də “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən köşə yazıları yazır. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşıdır.
XS
SM
MD
LG