Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:13

Rumıniyanın «Eurovision» təmsilçisi Azərbaycan dilində danışdı


Arxiv foto
Arxiv foto
Rumıniyanın Eurovision 2012 təmsilçisi «Mandinga» qrupu Avropaya Azərbaycan dilində müraciət edib.

«Eurovision.az» saytı xəbər verir ki, qrup üzvləri müsabiqədə ifa edəcəkləri «Zaleilah» mahnısının sədaları altında Avropaya belə səslənib:

«Salam, biz «Mandinga» «Eurovision»da çıxış edəcəyik. Səslərinizi «Zaleilah» və Rumıniyaya verin».

Müraciət ev sahibi ölkənin şərəfinə Azərbaycan dilində yazılıb.

Xatırladaq ki, «Mandinga» qrupu 2002-ci ildən fəaliyyət göstərir.

10 musiqiçidən ibarətdir.

Qrupun 4 musiqi albomu çıxıb.

«Mandinga» «Eurovision 2012» şousunda Rumıniyanı ispan və ingilis dili, Latın Amerikası ritmlərində yazılan «Zaleilah» mahnısı ilə təmsil edəcək.

Qaldı qrupun Azərbaycan dilində müraciətinə və mahnısına—onu elə burada eşidə bilərsiniz.

XS
SM
MD
LG